“Berlinə qədər getmək” və geri göndərilmək – köç |
Almaniyadan daha 9 həmvətənimizin ölkəmizə qaytarılmasından bəhs edən informasiyanın ikinci abzasında belə bir cümlə vardı: “Rəsmi statistikaya əsasən, 2020–2025-ci illər ərzində 16 müxtəlif ölkədən 2 min 235-dən çox Azərbaycan vətəndaşı readmissiya edilib”.
Beş ildə 2 235 adamın yenidən ölkəyə qaytarılmasını ifadə edən “readmissiya” termini nadir rast gəlinən, az işlənən kəlmədir, ikitərəfli və ya çoxtərəfli müqavilələrə əsasən, qanunsuz olaraq başqa bir dövlətə daxil olmuş və ya orada yaşayan vətəndaşlarını yenidən qəbul etmək üçün dövlətin razılığıdır.
Readmissiya deportasiya və ekstradisiyadan fərqlənən aktdır, qanunsuz miqrasiya ilə mübarizə mexanizmidir.
Bu, o deməkdir ki, son illərdə ölkəyə qaytarılan miqrantların taleyi Azərbaycan hakimiyyəti ilə öncədən razılaşdırılır. Buraya yəqin ki, onların ölkəyə qayıdandan sonra təqib edilməməsinə dair zəmanət də daxildir. Çünki başqa ölkədə sığınacaq axtaranların bir çoxu həmin ölkədə yerləşmək üçün öz ölkələrindən siyasi təqib motivi ilə çıxdıqlarını bəyan edə bilərlər.
Belələri isə çox olub. 1995-ci ildən başlayaraq ta dünənlərə qədər Avropa ölkələrində sığınacaq almaq üçün ən etibarlı yol vətəndə siyasi partiya üzvü olduğunu, kütləvi aksiyalarda iştiraka görə təqib-təzyiqə........