Pis günlər geridə qaldı...bizi daha pis günlər g |
Dünyanın elə dəlixana bir dönəminə gəlmişik ki, bu dəqiqə hamıdan hər şey gözləmək mümkündür. Ədalət-haqq gedib işinin dalınca, oğrular doğrulara həyatı başa salır, işğalçılar masa başında otuzdurulur, ağzı kanalizasiya kimi “iy verən” söyüşcüllər isə “doğrunu deyən oğlanlar” olublar. 2025-cı ilin son günlərini yaşayırıq. O məşhur ifadədə deyilən kimi: pis günlər geridə qaldı, indi bizi daha pis günlər gözləyir...
Ötən ilin bu zamanında hansı bunkerdə gizləndiyi bəlli olmayan, nevroloji problemlərin əsirinə çevrilən Putinin bu ilin dekabrında özünü şir-aslan kimi təqdim edəcəyini gözləyirdizmi? Yox. Amma Tramp gəldi, gələr-gəlməz də onu olduğu bunkerdən rəsmən çıxardı, ona legitimlik qazandırdı, onun işğalçılığını az qala “güclü tərəfin əlindəki kartların sayı çoxdur” kimi təqdim etdi. Yanvarda hakimiyyətə gəldi, sonra Zelenskini Ağ Evdə az qala rəzil etməyə çalışdı. “Əlində kartın varmı” dedi, “Mənə təşəkkür etmirsən” söylədi... Ardınca isə heç bir bəhanə qalmayanda dedilər ki, bəs sən niyə kostyum geyinməmisən Ağ Evə gələndə? Hə, 2024-cü ildə letargiya yuxusuna gedib, 2025-ci ilin bu günündə oyanan birinə bu hadisəni danışsan, sənin dəli olduğunu........