Yağış norması aşağı götürüləndə...

İndinin yağışları da kişilər kimidir – romantik deyillər, tez-tez təbii fəlakətə dönürlər.

Düzdür, hələ də ictimai yerdə, xüsusilə də alış-veriş mərkəzlərinin ortasında dizini yerə atıb, xalqa göstərə-göstərə sevgilisinə evlilik təklif edən, bu ritualı şampan fujerinin dibinə təkqaşlı brilyant üzük qoyaraq həyata keçirən, ad günündə nişanlısına “milyon-milyon qızılgül” göndərən romantik oğlanlar var, amma bunlar normadan artıq romantik olanlardır. Çünki evliliyin ili tamam olmamış qaçıb Nərminaov (və ya Nəsimi, Nizami, Yasamal, Səbayel) rayon məhkəməlinə boşanma ərizəsi verirlər. Məlum olur ki, roman bitib, tık yoxdur. Nəticədə həftədə yeddi dəfə saytlarda vay-nöfsə qopur: “Boşanmalar artır, doğum azalır – çıxış yolu nədir?”

Amma bu başqa söhbətdir, əsas mövzumuz indinin yağışlarıdır – xüsusilə də normadan artıq yağanları.

Kənd yeri üçün yağışın norması yoxdur, dolmuş bulud boşalana qədər yağır, su torpağa hopur, qrunt sularına qarışır, yerdə qalanı da axıb çaylara, göllərə gedir. Nepaldakı kimi olmasa kənd yerinin yağışlarının normadan artıq olub-olmadığını bilmək........

© Müsavat