menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Şıx çimərgəsinin əcəb seyrangahı var – köşə-repo

16 0
19.07.2026

Dünən mövsümdə ilk dəfə çimərliyə getmişdim – yaşadığım yerə ən yaxın olana. Özəl çimərlik olsa, reklam olar deyə adını çəkməzdim, amma bu dövlətə və xalqa məxsus Şıx çimərliyidir. Yaxşı ki, bir ara ölkəmizə dadanan ərəb şeyxləri buanı özəlləşdirərək Şeyx çimərliyi etmədilər. Yoxsa gedib Xocəsən gölündə batırdıq indi.

Dəniz yerindəydi. Keçən il qoyub gəldiyim yerdən bir metr də o tərəfə getməyib. Ona görə də “Xəzər quruyur” söhbəti şəxsən mənə bir az şişirdilmiş kimi görünür. Düzdür, “Kristal-holl” tərəflərdə adacıqları əmələ gəlib, amma nə işdirsə, Şıxda dənizin dayazlaşdığı hiss olunmur.

Keçənilki çimərlik mövsümündən bəri çimərgədə (bu sözü 50-60-cı llərdə ədiblərimiz icad ediblər – yaxşı sözdür) əsas dəyişiklik odur ki, bir neçə yerə videokamera quraşdırıblar. Kamera nəzarəti vacibdir – cihazlar işləsələr də, işləməsələr də.

Zibil qutuları da artırılıb. Fərəhləndirici haldır ki, zibil qutularına zibil atanları da görürsən. Nəzarətçi oğlan hər yarım saatdan bir maqnitiofon lentinə yazılmış xəbərdarlığı səgücləndirici ilə........

© Müsavat