Şişmiş zəlinin iynəsinin vurulması
Heç bilmirəm son 30 ildə bu mövzuda neçə yüz dəfə yazmışam. Əlimdə dəqiq rəqəm yoxdur. Bircə orası dəqiqdir ki, korrupsiya və talançılıq məsələsi çox yoğun məsələdir – yazmaqla düzələn deyil. Necə ki heç tutmaqla da düzəlmir.
Budur, yenə ilişənlər var, sərvətləri açıqlanır, adam məəttəl qalır. Çox-çox və tez-tez “mən daha bu ölkədə heç nəyə təəccüblənmirəm” deyənlərdən fərqli olaraq, vallah, mən hər dəfə təəccüblənirəm – insan oğlunun acgözlüyünə, qorxusuzluğuna, əbədi yaşayacağına inanmasına, “gözü çıxan qardaşlar”ın taleyindən ibrət götürməməsinə və s.
Baxırsan, birisi 1000 il xərcləsə, yığdığı pul qurtarmaz, amma ikinci minillik üçün də nəsə qamarlayır, elə hey sərvət toplayır: orda bir villa alır, burda birini tikdirir, yetmir, xoşuna gələn ölkələrdə malikanələr tədarük edir. Hələ lüks avtomobillərdən ibarət qaraj düzəldənlər var, sanasan, əlləri aşağı olanda taksi-motor parkı işlədəcək, “Maybax”la, “Lambargini” ilə sərnişin daşıyacaqlar.
Amma deyir, sən saydığını say, gör, fələyin kalkulyatoru nə sayır. Dövran da dəyişir, toplayanların yeri də, toplananlar da, cəm də. Məlum........
