menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Şantaj körpüsü

18 0
24.07.2026

Hər dəfə “Koroğlu” körpüsünün üstündən keçəndə qurğunun ən qəlbi yerində dayanaraq keşik çəkən PPX (post-patrul xidməti) avtomobilini görür və mat qalıram ki, nə əcəb bunu hələ yığışdırmayıblar.

Ölkəmizə bələd olmayan turistlər, eləcə də işin içində olmayan yerli adamlar düşünə bilərlər ki, bura mühüm strateji obyekt olduğuna görə qorunur, o polis maşını da ona görə orada keşik çəkir.

Elə deyil. Ona qalsa, şəhər körpülərlə, yol ötürücüləri ilə, keçidlərlə doludur və heç birində də PPX avtomobili yoxdur. Bu özəllik bir dənə “Koroğlu”dadır.

Bunun səbəbi var. 12 il əvvəl, “Koroğlu” körpüsü təntənəli şəkildə istifadəyə veriləndən 1-2 il sonra hansısa ağıllı mərdiməzar presedent yaratdı, gedib körpünün hündür yerinə dırmaşdı ki, özümü buradan atacağam.

“Vuran oğul dayısına gənəşməz” məsəli heç kəsin yadına düşmədi, adamı birtəhər dilə tutub körpüdən endirdilər və problemi nəydisə, həll etdilər, hər şey yaxşılıqla qurtardı.

Bundan sonra dəb düşdü: kimin müşkülü vardı, gedib çıxırdı körpünün həmin yerinə və tələb edirdi ki, jurnalistlər, deputatlar, əlaqədar məmurlar gəlsin, yoxsa özümü........

© Müsavat