Qorbaçovu işdən necə çıxarmışdılar? - Sərrafoğlu

35 il əvvəl bu gün Qorbaçovun SSRİ prezidenti vəzifəsindən kənarlaşdırılması barədə xəbər məndə şok-filan yaratmadı, hətta təəccüb də doğurmadı. Tenqriyə and olsun ki,bu söhbətdə bir kəlmə də yalan yoxdur.

Çünki düz bir il idi o xəbəri gözləyirdim. Hətta sanki bir az gec oldu.

Bunu mənə və bir neçə adama Sərraf kişinin oğlu, Şuşada texnikumda baytarlıq ixtisası üzrə oxuyan Ağamoğlan demişdi. Doktor sağ-salamatdır, 3 ay öncə yas yerində görüşmüşük.

Bu əhvalatı bir dəfə yazmışam, indi qısaca təkrar edim ki, Ağamoğlan Qorbaçovun işdən çıxarıldığını bizə 1990-cı ilin avqust ayının ortalarında Dadaş kişinin oğlu Romanın toyunda, axşam saat 20.30 radələrində xəbər verdi, dedi ki, Şuşadan qayıdanda avtobusda bir bazburutlu adam danışırdı. (Rastlaşanda Romandan toy gününü soruşacam, bütün rəqəmlər dəqiq olsun).

Həmin gün evə tələsdik, “Vremya” (“Zaman”) xəbərlər proqramının başlanmasını gözlədik. Veriliş başladı və gördük ki, budur ha, lənətullah Qorbaçov xarici qonaqları qəbul edir və işdən çıxarılana oxşamır. Demək, Şuşadan Füzuliyə gələn avtobusdakı bazburutlu adam dezinformasiya yayıb, Ağamoğlanı........

© Müsavat