Nostalji oyadan avtovağzal

Lənkəran şəhərinin avtovağzalı məni birdən-birə 40 il geriyə apardı. Elə bil, PAZ markalı avtobusa oturdum və yamaqlı, kələ-kötür küçələrlə getdim və bir də onda gözümü açdım ki, 1980-ci illərin ortalarındayam. Oxumuş adamlar demişkən, tam bir nostalji və ya dejavyu fırtınası.

İndiki cavanlar bilməz, o vaxtlar hər rayonun, şəhərin belə bir avtovağzalı olardı. Kənd adamları ona “vağzal” da deməzdilər, “avtobus ayağı” deyərdilər. (“Poyuz ayağı”, yəni qatar vağzalı ayrıydı). Bir mərtəbəli, bir kassalı, yastı-yapalaq bina olardı. Kassirlərin elə bir işi olmazdı, yəni hələm-hələm bilet satmazdılar. Bu işi avtobus sürücüləri və onların köməkçiləri görərdi. Yerləri yaxın rayonlara gedən nənələrlə doldurardılar, şəhərə, oxumağa gedən tələbələrə isə bir taxta parçası verərdilər ki, iki oturacağın arasına qoyub otursunlar. O taxta parçası təsadüfi olmazdı, hansısa xarratın “yüz ölçüb, bir biçdiyi” əşya olardı, uzunluğu nə bir millimetr artıq, nə bir millimetr əskik olardı və iki oturacağın arasına cuk deyib oturardı.

İçindən keçdiyimiz rayonlardakı bənzər avtovağzalları görəndə şükür edərdik ki, nə yaxşı, bu rayonun avtovağzalı bizimkindən fərqli deyil, elə........

© Müsavat