Ları canilərin hökmranlığı – legitim prezidenti

Ana dilimizi yaxşı bilənlər başlıqdakı “ları” sözünü görcək, anlayacaqlar, amma bu söz dilimizi yaxşı bilməyənlərə çöçün gələ bilər deyə, yüngülvarı bir izah verim.

“Ları” sözü əsasən “xoruz”la bərabər, “ları xoruz” şəklində işlədilir, ədəbi mətnlərdə, xüsusən cənub dialektlərində və Güney Azərbaycan folklorunda var. Dalaşqan, təkəbbürlü, banlayan xoruzlara “ları xoruz” deyirlər. Güneyli yazıçımız Mirzə İbrahimovun əsərlərində də bu ifadə yer alıb.

“Ları canilər” ifadəsi isə adamın yadına İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan Larican kəndini sala bilər. Bu, Arazın o tayında balaca bir kənddir, Xudafərin körpüsündən keçsən, 5 dəqiqəlik yoldur.

Bir də Əli Laricani var. Əsl adı Əli Ərdəşir Amuli Laricani olan bu şəxs 1958-ci ildə İraqda, Nəcəfdə doğulub. Şah onun atasını ora sürgün edibmiş, Ərdəşir də orada dünyaya gəlib. Ola bilər, onun........

© Müsavat