Gəlinsiz toy |
O gün mənə toy təşkilatçılığına dair bir əhvalat danışıblar, bir qədər ibrətamiz, xeyli dərəcədə də ikrahamiz söhbətdir. Deputatların parlamentdə toylardakı israfçılıq haqqında danışmasından sonra lazım bilirəm ki, onu qulluğumuza ərz edim.
Düzdür, əhvalatı danışan adam ənənəvi azərbaycanlı ehtiyatkarlığı ilə “aramızda qalsın” xəbərdarlığı etmiş, demişdi ki, bu toy yiyəsinin qulağına çatar və ondan inciyərlər, amma güman və ümid edirəm ki, o cür adamlar qəzet-sayt oxumurlar. Hər halda əhvalatı danışan adamın ikinci xəbərdarlığına, “mənim adım olmasın”a riayət edirəm.
Deməli, Ərşad adlı eloğlu danışır ki, bu yaxınlarda məhəllə qonşusu ona toy dəvətnaməsi verib, bu da “Allah mübarək eləsin” alqışı ilə dəvətnaməni alıb, elə qonşusunun yanındaca toyun yerini və vaxtını öyrənmək məqsədilə açıb baxanda görüb ki, mübarək karton kağızda cəmi bir nəfərin – təzəbəy Ülvinin adı yazılıb.
Ərşad əvvəlcə hesab edib ki, qonşusu son vaxtların dəbinə uyğun olaraq, dini toy təşkil etmək istəyir, yəni məclisdə qadınlar, o cümlədən gəlin olmur, yalnız kişilər yığışır, yeyib-içib dağılışırlar. Ancaq yadına düşür ki, qonşusu........