Futbolda Fransaya necə çatırıq...
Dünən axşam futbola baxıram, “Turan”la “Qəbələ” oynayır. Cari çempionatın açılış oyunudur, deyirəm, görüm, necə olacaq. Şərhçi ayağına top dəyən oyunçuların adlarını sadalayır: “Enrike Silva, Serrano, Hakman, Xorxe Silva, Hurtado, Rossi, Bruno Silva, Syerra” və s.
Matça baxmağa 10 dəqiqə gec başlamışam, heyətlərdən xəbərim yoxdur, amma tez-tez təkrarlanan Silva soyadı, eləcə də oynayanlar arasında biz azərbaycanlının adının çəkilməməsi üzündən “Qol.az” saytına daxil olur, “"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı” başlıqlı xəbərdə komandaların heyətləri ilə tanış oluram.
Məlum olur ki, “Qəbələ”nin meydançada top dalınca qaçan 11 oyunçusundan cəmi ikisi – qapıçı Səlahət Ağayev və müdafiəçi Eşqin Əhmədov azərbaycanlıdır, qalan hamısı əcnəbi legionerlərdir. “Turan”da isə nəinki Azərbaycan, heç Özbəkistan türkü də yoxdur.
Məşqçilər də əcnəbidir. Köməkçilərindən xəbərim yoxdur. Canni de Byazi kimi, onların da 7 köməkçisi öz həmvətənləridirsə, ta heç nə.
Bizimkilər isə dayanacaqda oturub avtobus gözləyən sərnişinlər kini ehtiyat oyunçular oturacağında........
