Çaqqal sürüsü kimi... |
Çoxdan idi ölkədə jurnalist döyülmürdü. Nəhayət, oldu: 225 saylı məktəbin qarşısında 4-5 ağşalvarlı gədə “Real” telekanalının operatorunu təpikləyib yerə yıxdılar, yıxılışını da təpiklədilər və... köhnə jurnalistlərdə nostalji duyğuları oyatdılar.
İndiki cavanlar bilməz, 20-25 il öncə jurnalistlərin döyülməsi adətdən idi. Onları hər yerdə - məktəblərdə, klinikalarda, mitinq-yürüş-piketlərdə, evlərinin kandarında, cürbəcür məkanlarda qapazlayırdılar. Bəzən olurdu ki, jurnalisti ictimai yerlərdə döymürdülər, maşına basıb şəhərin gur yerindən çıxarır, sakit şəraitdə, prosesin dadını çıxara-çıxara döyürdülər.
Bir ara kütləvi aksiyalarda jurnalistlərin döyülməsi halları ölkədən qıraqda söz-söhbətə səbəb oldu. “Sərhədsiz reportyorlar” təşkilatının rəhbəri Robert Menar sırf bu işdən ötrü paytaxtımıza gəldi, dedi, hər dəfə belə hallarla bağlı bəyanat verməkdən bezar olmuşam. Bizimkilər də cavab verdilər ki, bizdə jurnalistlər üzrlü səbəbdən döyülürlər, icazəsi aksiya keçirənlərə qarışırlar, ayırd etmək olmur.
Ondan sonra kütləvi aksiyaları işıqlandıran jurnalistlərə xüsusi göy jilet verdilər. Jiletin rəngi sonradan........