menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Atma yaşıdına şıllaq, yemə şallaq – Sinqapur örn

25 0
09.05.2026

Sinqapurda haqqın yolunu tapıblar: 9 yaşından yuxarı oğlan şagirdlər məktəbə ta-tuşlarına qarşı bullinq eləsələr, şallaqlanacaqlar.

“Şallaqlanacaqlar” deyəndə gözünüzün qabağına İranda küçədə içkili tutulan şəxslərin camaat baxa-baxa şallaqlanması prosesi gəlməsin. Sinqapurda dəcəllik edən gədələrə cəmi 3 şallaq vurulacaq. Təhsil Nazirliyinin təsdiqlənmiş qərarı belədir.

Həm də şallaq cəzası haqda qərar kollegial şəkildə veriləcək. Yoxsa hər müəllim əlində şallaq gəzməyəcək və xoşuna gəlməyən azyaşlını şallaqlamayacaq.

Nazir Desmond Li bildirib ki, fiziki cəza direktor tərəfindən təsdiqlənməli və yalnız səlahiyyətli müəllimlər tərəfindən tətbiq olunmalıdır. Güman ki, həmin müəllimin adı uşaqlar və valideynlər tərəfindən “Şallaq müəllim” və ya “Şallaqlı müəllim” qoyulacaq.

Gözəl xəbərdir, deyilmi? Nümunədir, örnəkdir, pilot layihədir. Sulutəpə boyda bir yerdə dünyanın ən firavan dövlətlərindən birini yaradan sinqapurlular bir şey bilirlər ki, belə edirlər.

Buradan belə çıxır ki, bullinq (məktəbdə şagird zorakılığı) deyilən andır A.-dan (ABŞ-dən) tutmuş da Z.-yə (Zimbabveyə) qədər bütün ölkələrdə var. Uşaqdır, nəbaliğdir (həddi-büluğa........

© Müsavat