Allahın şantaj edildiyi dünyanın həsb-halı

Ən azı 2026 ildir ki, Allahın şantaj edildiyi dünyada yaşayırıq, ona görə də şantaj xəbərlərinin gündəmi başına götürüb getməsi hadisəsi təəccüblü deyil. Bu xüsusda təəccüblü olan məqamı üçüncü abzasda yazacam.

Hələlik isə onu deyim ki, “Allahın şantaj edildiyi dünya” söhbəti havayı söz deyil, gerçəkdir. Ortodoks xristianların inancına uyğun olaraq, Mariya\Məryəmin Allahdan hamilə qalması söhbətinə inanıb-inanmadığınızı bilmirəm, amma müasir tibb elmi, eləcə də digər dəqiq elmlər deyir ki, belə bir şey əsla mümkün deyil. Yəni bu məsələdə Gözəgörünməz göz-görəti şantaj edilib. Ona qalsa, öz arvadı Saranı öz əli ilə iki dəfə iki fərqli hökmdara ərə verən Avraam da oğlu İsakla bağlı Allahı şantaj edib, guya Tanrı ondan oğlunu qurban verməyi tələb edirmiş. Yəhudilər bu söhbətin başını bağlayıblar, müsəlmanlar isə hələ dirəşirlər. Amma ta bu məsələlərə girməyək, sonra deyərlər ki, müəllif ATS-də işləyir.

Ölkə gündəmini silkələyən, yırğalayan, çalxalayan şantaj söhbətində təəccüb doğuran məqam isə budur: doğrudanmı bu 50-60 yaşlı adamlar düşünürmüşlər ki, gəmidə otura-otura gəmiçini, əlinin altında 500 matrosu olan........

© Müsavat