Alında xaç və möhür - kasıb ölkələrə xas süpürlə
Din-məzhəb, inanc-iman mübahisələri getməyən ölkələr, bişəkk, xoşbəxtdirlər.
Kimsə deməsin ki, elə ölkə yoxdur. Var, özü də az deyil. Avropada elə ölkələr var. Bayraqlarına baxırsan, çoxunun bayrağında xaç rəsmi var, şəhərləri, qəsəbələri kilsələrlə, sinaqoqlarla, məscidlərlə və sair ilahidən “kupça”lı evlərlə dolub-daşır, amma din üstündə mübahisə aparmırlar.
Onlar bu cür davaları 150-200 il əvvəl edib qurtarıblar. Onların da hirs-hikkələi vaxtları, qaranlıq dövrləri olub. İnkvizisiya məhkəmələri “İsa” deyib, “peyğəmbər” deməyənləri, Məryəmin barəsində pıç-pıç edənləri, cadu-piti ilə məşğul olanları tonqalda yandırıb. “Varfolomey gecəsi”ndən keçiblər, katoliklərlə pravoslavlar bir-birini qırıb, protestantları ora-bura dağıdıb pərən-pərən salıblar, “Yəhova şahidləri”nin başına oyun açıblar, mormonları mələdiblər və s. və i.a.
Axır ki, dalaşıb-qırışıb, dincəliblər, başa düşüblər ki, dünya fanidir, aşıq-şair deyəndir: “Bu dünyanın sonu puçdu, Güləndam”.
İndi oralarda sakitçilikdir, hər kəs öz məbədinə çəkilib ibadətini edir, daha........
