Alen Delon görünüşü ilə Übeydullah xarizması ara
O gün Qazaxıstan–Çin sərhədində belə bir olay baş verib: saqqallı kişiləri təşər-təşər “səmaaltı ölkə” adlandırılan Çinə buraxmayıblar. Onlara ülgüc, yəni birdəfəlik təraş aləti veriblər, deyiblər, ya üzünüzü qırxın, Çinə keçin, ya da sərhəd-keçid məntəqəsini saqqalla keçə bilməyəcəksiniz.
Belə bir olay... Sonra da deyirlər, totalitar rejim-filan. Baxın, adamlara gül kimi seçim imkanı verilib. Totalitar rejimlərdə seçim imkanı olmur, deyirlər, variant çika.
Bu söhbətin bizə də dəxli var. Çünki, birincisi, illərdir ki, iş adamlarımız Çinə dadanıblar, tez-tez oraya gedir, diş çöpündən lüks avtomobillərə qədər 1001 cür məmulat gətirirlər; ikincisi, saqqal saxlamaq, neçə ildir, bizdə də dəbdir. Hətta deyərdim ki, bu xüsusda Türkiyə və İran kimi qonşu-qardaş ölkələrin kişilərini kölgədə buraxmışıq. Onlarda hər 100 cavanın 75-i saqqallıdırsa, bizdə 88-i (səksən səkkizi) saqqallıdır.
Ona görə də ola bilər, bizim saqqallı həmvətənlərimizi Pekin, Şanxay, Urumçi, Xarbin aeroportlarında........
