80 yaşlı üç sənətkarın bənzər həyatı – Xose, Fər
İndi guya bilmədik ki, korifey sənətkarımız Rəşid Behbudovun qızı, əməkdar artist Rəşidə Rəşid sosial şəbəkədə öz həyat yoldaşı Kamil Şahverdinin fotosunu nə məqsədlə paylaşıb, bunu etməklə kimin bostanına ballistik raket atıb? He-he-he... Bildik, bildik.
Bilməyənlər üçün sənətçi xanımın statusundan iqtibas edək: “Bu, mənim həyat yoldaşımdır. Hansı ki, bütün ömrü boyu mənimlədir. Mənim dayağım. O, heç vaxt titul dalınca qaçmayıb, heç kimin qarşısında yaltaqlanmayıb. Əvəzində onun mənəvi və intellektual potensialı mükafatlarla bəzədilmiş insanlarınkından müqayisəolunmaz dərəcədə yüksəkdir”.
Burada açar ifadə “mükafatlarla bəzədilmiş insanlar”dır və son günlər onlardan hansının ölkənin ictimai-siyasi gündəmində olduğunu, adının dillərdə gəzdiyini bilirsiniz.
Gerçəkdən də keçmiş nazir, eks-səfir, hazırkı deputatımız Polad Bülbüloğlunun öz şəxsi həyatındakı məhrəm yeniliklərlə dilə-ağıza düşməsi yaxşı olmadı, istər obyektiv səbəblərdən, istərsə də sırf subyektiv nədənlə onun adı isimin bütün hallarında çəkildi, hər cür fellərə mübtəda oldu, hər sifətə salındı. Çox xoşagəlməz........
