Ərəfatın gəncliyinə oxşayan oğlanın “müqəddəsliy
Belə baxanda Məhəmməd Salah kimdir ki? Adam adi futbolçudur. Söz yox, o, yaxşı və tanınmış futbolçudur, amma Messi, Ronaldo, Haaland, Mbappe deyil.
Bir az geridən götürsək, Salahı Pele, Maradona, Kempes, Kruiff, Bekkenbaer, Rummenigge, Platini, Zidan, Ronaldinyo, Ziko, Laudrup, Lineker və başqalarının cərgəsinə də qoymaq olmaz. Göründüyü kimi, Salah məşhur futbolçuların ilk “onluğ”una düşmədi. Bir az güc qoysaq, bəlkə onu böyük futbolçuların birinci “yüzlüy”ünə sala bilərik. Amma yüz futbolçunun adını burada ard-arda düzmək də artıq olar.
Di gəl, həmin bu Salah qardaş qardaş Türkiyənin Trabzon mahalında matah olub, oturduğu daş səcdəgaha çevrilib. İnsanlar gəlir, Salahın qom ətini qoyduğu daşa baş qoyurlar, öpür, oxşayır, səcdə edir, yanında durub şəkil çəkdirirlər.
Yerli bələdiyyə görüb ki, birdən-birə müqəddəsləşmiş məkana axın var, gətirib orada skamya-filan quraşdırıb - ziyarətə gələnlərin rahatlığı üçün. Çox keçməz, orada “Salah piri” açar, nəzir qutusu qoyar, ianə toplayarlar. Hələ gələcəkdə “Salah yancaq qoyan yer”in Trabzonun populyar........
