“Gələndə iki dənə araq gətir” – anekdotdan ötə o |
Srağagün mənə ölkə gündəminin əsas mövzusu ilə səsləşən bir əhvalat danışıblar. Bir az ibrətamiz, bir xeyli də məzəli olaydır. İndi onu qulluğunuza ərz edirəm.
Deməli, bir neçə il öncə yaşı 40 olan dörd dost-yoldaşın güzarı Göyçay tərəflərə düşür. Ağsu aşırımından keçəndə qrupun kapitanı deyir ki, dönək, “bir qısmat çörəh yeyək”. Aşırımdakı yaxşı mənzərəli, nisbətən geniş bir restoranın qarşısında saxlayır, bir küncdə masaya əyləşir, ofisiantı çağırırlar. Qaqaş qaçaraq gəlir, qonaqların yanına çatanda qrupun lideri əliylə restoranın səsgücləndiricisindən gələn musiqi sədalarına işarə edərək üzünü bozardır: “Bu, nə çal-çağırdır, əə, məhərrəmliyin bu günündə? Utanıb-qızarmırsınız? Bütün ölkə imamlara yas tutur, siz burda xoddamısınız diringimi. Yezidsiniz, əə, Şümürsünüz?”
Gənc ofisiant məlul-müşkül halda baxır, bilmir nə desin. Qonaq əmr edir: “Dərhal get, batır onun səsini, qayıt gəl”.
Oğlan getmək üçün tərpənir, iki addım atan kimi qonaq arxadan sakitcə deyir: “Gələndə iki dənə araq gətir”.
Həmin qrupda olan və bu əhvalatı danışan qardaş deyir, bu qəfil dönüşlərdən şoka düşdük, dedik, sən canın, o nə çıxış........