“Bizdən biri” olanların baltası – İçimizdəki “qü

Doğrusu, Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçiləndə Amerika seçicilərinin anlaqlı seçim etmək qabiliyyətindən quşqulanmışdım. Fikirləşirdim ki, onlar da populsit çıxışlara uyacaqsa, şair demişkən, rindü-şeyda olduğu göz önündə və danılmaz olduğu birinə səs verəcəksə, onda bu, ta nə günümün üstün demokratiyası oldu.

İnsafən, amerikalılar bu dəfə öz səhvlərini düzəltdilər, əmin oldular ki, çılğın serin partiyasına bu dəfə də səs versələr, adam o boyda ölkəni aparıb Kameruna tay edəcək, bütün yaxın müttəfiqləri ilə qanlı-bıçaq olacaq, dalamadığı, sataşmadığı ölkə qalmayacaq.

Ancaq bu dəfə də Miçiqan seçiciləri 3 noyabr seçkisində yekə bir səhv ediblər, bir müsəlmanı senator seçiblər.

Biz əslində özümüz də müsəlman olduğumuz üçün bir müsəlmanın ABŞ kimi ölkədə senator seçilməsinə görə nə etməliydik? Bəli, qürur duymalıydıq, fəxr etməliydik. Startda elə bir şeylər etdik. Saytlarımızın əsas xəbərlərindən biri o idi ki, urrey, Amerikada bir müsəlman siyasətçi senator seçilib.

Fəqət adamın mandat sahibi olmasının sutkası tamam olmadı, əsl kimliyini, məqsəd və niyyətini, adamlıq və qanacağını ortaya........

© Müsavat