İran bizi “kərimə dövləti”nə, Türkiyədəki dinçil

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu 24 kanalının efirində Azərbaycana qarşı informasiya hücumlarından, İranın və Türkiyədəki radikal dinçi çevrələrin ölkəmizdən nə istədiyindən danışıb.

R. Arifoğlunun sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yürütməsi və güclənməsi onu öz təsiri altına salmaq istəyən qüvvələrin narazılığına səbəb olur.

“İnformasiya müharibəsi şəraitindəyik. Təəssüf ki, çevrəmizdəki dost, qardaş və qonşu ölkələrdə radikal dinçi və ümumiyyətlə, radikal kəsimlər Azərbaycana qarşı informasiya və siyasi hücumlar həyata keçirirlər. Azərbaycan müstəqilləşdikcə, hər kəsdən müstəqil olduqca bunlar proqnozlaşdırılan idi.

Azərbaycan Ermənistan üzərində qələbə çalan kimi Avropa Şurası öz sifətini göstərdi. Avropa təsisatları – gizli xristian klubu ölkələri – bu zəfərə cavab olaraq bizi orada blokladılar, Azərbaycana sanksiya tətbiq olundu. Bu proses sonra da davam etdi.

Azərbaycan gücləndikcə, müstəqilləşdikcə, yerləşdiyimiz perimetr boyunca əvvəl İran, sonra Rusiya, daha sonra başqa güclər, indi də Türkiyədən ayrı-ayrı çevrələr üzərimizə gəlirlər. Çünki onlarla hesablaşmırıq, minnətlərini götürmürük, bizi........

© Müsavat