Türkiyənin mundial dərsi
Türkiyənin mübarizəni erkən dayandırması pis oldu, amma mundialda hər şey indən sonra başlayacaq
Vinçentso Montellanın yəqin ki, Türkiyəyə daha qayıtmaması lazım. Dünya çempionatındakı biabırçı nəticədən sonra zatən, özünün də baş məşqçi kimi qalmaq istəyəcəyini gözləmirəm. Avstraliya ilə ilk oyundan sonra ona(həm də komandanın ayrı-ayrı oyunçularına)sözlü basqı vardı.
Məğlubiyyətə görə isə ən sərt tənqidlər daha çox italiyalı mütəxəssisə yönəlmişdi. Start heyəti doğru müəyyənləşdirmədiyi, oyunçu dəyişikliyini vaxtında etmədiyi üçün ən pis sözlər eşitməli olmuşdu. Deyəsən, Türkiyədə iki illik baş məşqçilik təcrübəsində toplumun birdən-birə necə döndüyünə bir az da təəccüb qalmışdı. Əslində, Montella gücü çatanı etdi, 24 il sonra Türkiyənin adını dünya futbolunun əsas yarışına yenidən yazdırdı, həm də iki pley-off qarşılaşmasının yekunu olaraq... İlk dəfə 48 milli komandanın iştirak etdiyi mundialda Türkiyədən fövqəladə nəticə gözləyənlər az idi. (Deyəsən, Kim Kardaşyan yarızarafat demişdi ki, mundialın qalib Türkiyə olacaq). Amma qrupda qalması fövqəladə ağır hadisə oldu və bu türkiyəli şərhçilərə saqqız kimi uzadacağı ən azı........
