Trampın “dilsiz Amerika” planı
ABŞ prezidenti medianı susdura biləcəkmi?
2020-ci ildə ABŞ-dakı prezident seçkiləri ərəfəsində həmkarlardan biri ilə mərc gəlmişdim ki, Tramp seçilməyəcək və dediyim olarsa, mənə təsbeh hədiyyə edəcək. 2020-ci ildə ikinci dəfə prezident olmasına imkan vermədilər. Tramp dedi ki, seçkilər saxtalaşdırılıb, tərəfdarları da etiraza qalxdılar, iğtişaş törətdilər, hətta ölənlər də oldu. Nəsə, proqnozum doğruldu, onun adına alınmış təsbehi isə haradasa itirdim...
Deyim ki, Trampın ilk prezidentliyi dövründə onun barəsində indiki hakimiyyətindən daha çox tənqid yazmışam. Nəhəng bir gücü yönəldən Trampın publik davranışlarına baxanda şübhə etmirəm ki, o, prezidentdən daha çox öz sözünü qanun, öz fikrini həqiqət, onu tənqid edən hər kəsi isə düşmən hesab edən Şərq avtoritar liderlərinə xas xüsusiyyətləri ilə fərqlənən siyasətçidir. Təəssüf ki, Ağ Evdəki üst-üstə altı illik hakimiyyəti onun xüsusilə mediaya qarşı üslubunda demək olar ki, heç nəyi dəyişməyib. Şükür ki, ABŞ-ın siyasi sistemi bəzi Şərq ölkələrindəki, məsələn, narazıları şallaqlama tətbiqindən uzaqdır. Daşdan keçən Konstitusiyası,........
