menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Rusiya seçkilərinə Azərbaycandan “nol vnimaniya”

28 0
19.09.2026

Acınacaqlı faktdır ki, müstəqillikdən sonrakı Dövlət Dumasında bir azərbaycanlı deputat olmayıb; 112 milyona yaxın seçiciyə nisbətdə soydaşlarımızın səsləri “dənizdə bir damladır”, amma... Şimal qonşumuz Rusiyadakı üçgünlük seçkilərə Azərbaycanın cəmiyyət olaraq, necə deyərlər, “nol vnimaniya”sının səbəbləri çoxdur. Bu səbəblər sırasına Kremlin xüsusilə son illər bu ölkədə məskunlaşmış azərbaycanlılara münasibətdə aşırı sərtliyi, paytaxt Moskva daxil olmaqla regionlarda diaspor filiallarının əsassız olaraq vətəndaşlıqdan məhrum edilməsindən tutmuş, bəzi postsovet məkanında bu tip seçkilərə etimadsızlığa qədər çoxsaylı amillər daxildir.

Məsələn, daha bir qonşumuz Türkiyədə hətta bələdiyyə seçkiləri keçiriləndə Azərbaycanda ciddi mövqe dartışmalarının, sosial şəbəkələrdə emosional müzakirələrin şahidi oluruq. Türkiyə, əlbəttə, bizə qardaş ölkədir, orada baş verən hər bir ciddi siyasi təlatümlər Bakıya təsirsiz ötüşmür. Amma o da faktdır ki, bizim Türkiyədəki seçkilərin nəticələrinə xüsusi olaraq təsir edəcək mexanizmimiz yoxdur. Çünki bu ölkənin vətəndaşlığını almış azərbaycanlıların sayı çox deyil, üstəlik, onlar da siyasi cəhətdən fəal toplum sayılmırlar. Rusiyada isə azərbaycanlıların statusu........

© Müsavat