Öldürülən liderlər, yaşayan sistem-İranın sirri |
Hərdən düşünürsən ki, İsrail və ABŞ-la müharibə edən bu ölkəni bəlkə süni intellekt idarə edir, ölənlər fiziki olaraq dünya ilə əlaqələrini kəsiblər, amma yenə əmrlər və göstərişlər verirlər…
Hələ ipucu belə yoxdur ki, ABŞ və İsrail İran hakimiyyətini öldürüb qurtararsa, sonra nə edəcək? İsrailin belə “qara siyahısı” çoxdan var idi və həm 12 günlük müharibədə, həm indi o siyahıda olanların bir neçəsinin adının üstünə artıq krest(X) işarəsi qoyulub, amma hələ yeni-yeni adlar da necə deyərlər, müharibə davam edərkən, onlayn əlavə olunur...
Bəzi təhlilçilər deyirlər ki, İranda yüksək vəzifəlilərin mərkəzləşdirilmiş qoruma-təhlükəsizlik sistemi heç vaxt olmayıb. Onların çoxunun qorunması dövlət sisteminə deyil, ənənəvi ailə bağlarına əsaslanıb və bu da nəticədə vahid təhlükəsizlik standartlarının olmamasına gətirib çıxarıb. Hakimiyyətdəki indiki şok itkilərin səbəblərindən biri də budur...O da iddia olunur ki, guya legitim hakimiyyət hədəfə alınmır, buna misal olaraq da prezident Pezeşkianı, xarici işlər naziri Əraqçini və parlament sədri Qalibafı göstərirlər. Mümkündür ki, həqiqətən də ikili koalisiya İran hakimiyyətindən kimlərəsə hələ toxunmasın, amma məgər Pezeşkian,........