İrana “çürük qoz” deyənlərin yeni yanlışı

Xamenei öldürülüb, yerinə keçən oğlu Müctəba da öldürə bilərlər, amma bu sonsuza qədər davam edə bilməz; bir ölkəyə bayrağa bükülmüş tabutlar gəlirsə, demək müharibə amerikalıların da qapısına çatıb...

İranla müharibə Yaxın Şərqi deyil, planeti silkələməkdə davam edir. Amerika coğrafi olaraq bu savaşdan uzaqdır, raket səsləri eşidilmir, amma bir ölkəyə bayrağa bükülmüş tabutlar gəlirsə, demək müharibə amerikalıların da qapısına çatıb...Biz yazanda kəsəri olmur, ya da qərəzli görünür, amma tanınmış amerikalı jurnalist Taker Karlson deyib ki, bu, ABŞ-nin deyil, İsrailin müharibəsidir və Amerikanın milli təhlükəsizlik məqsədləri üçün aparılmır. Rəy sorğularına görə də amerikalıların 75 faizi bu fikirdədir ki, Trampın başladığı savaş ABŞ-nin mənafeyinə uyğun deyil. Aralıq seçkilər ərəfəsi bu rəylər Trampın vecinədir. Rusiya Ukrayna savaşını başladanda “Kiyev rejimini dəyişəcəyik” deyirdi, ABŞ-İsrail dueti də savaşın məqsədini çox iddialı qoyub- İranda rejim dəyişikliyi. Xamenei öldürülüb, yerinə keçən oğlu Müctəba da öldürə bilərlər, amma bu sonsuza qədər davam edə bilməz. Tramp əvvəl deyirdi ki, İran hakimiyyəti üçün namizədim var. Bu qoca elə zənn edirdi ki, İranda qondarma bir rejim qurub, onlara hökm etməyi məsələn, hətta yeznəsi Kuşnerə də tapşıra bilər. Necə ki, özü Qəzza üçün Sülh Şurası yaradıb, amma HƏMAS-ın İranla müharibəyə qoşulması, silahı yerə qoymayacağı bəyanatı bu qurumun perspektivini ciddi şəkildə........

© Müsavat