Bakı vaxtı ilə bu gecə saat 04-də...

ABŞ və İsrail bizim qonşuluğumuzda daha bədheybət İran yaratdı; müvəqqəti dayanan savaşın Trampın qazanc marağı ilə bağlı olması primitiv görünə bilər, amma təəssüf ki, gerçək bundan artığı deyil

ABŞ kimi nəhəng gücə sahib ölkənin prezidenti Donald Trampın böyük siyasətdə naşılığı çoxdan bilinən faktdır. Adam ən azı 50 ildir ki, əmlak biznesindən tutmuş çox-çox fərqli sahələrdə pul qazanmağa öyrəncəlidir. Sovet sistemində siyasətçi çilingərlikdən başlayıb, sonra “Partşkola” sınağından keçib vəzifə pillələrinə qalxardı. Fərasətlisi bəlkə pulu özünə yer edəndən sonra qazanardı. Tramp kimilər isə pulu qazanıb siyasətə “arxa qapı”dan gəliblər və bu çətin sahədə “piyada”lığı nə qədər gizlətməyə çalışsalar da, alınmır... Əvvəldən də bəlli idi ki, Trampın İranla davası ideoloji və ya siyasi fikir ayrılıqlarına görə deyil. Ümumiyyətlə, Amerika dövlətinin ideolojisi elə pul üzərində bərqərar olub, insafən ədalətli və pis idarə olunmur. Bu səbəbdən amerikalı siyasətçilər dövlət ideologiyası kimi “boş-boş şeylərdən” danışmırlar. Onların nəzərində ideoloji qarşıdurmaları asanlıqla aradan qaldırmaq olar, əsl problem iqtisadi və mənfəət baxımından fikir ayrılığıdır. Trampın razılaşdığı atəşkəs kimi... Trampın fevralın 28-dən bəri İranı “dağıdaram, məhv edərəm” deyəndə də daha çox kapital davası aparırdı. Onu özündən çıxaran ancaq və ancaq puldur. Yadınıza salın, Zelenskiyə ən sərt ittihamı da o vaxt deyir ki, Ukrayna rəhbəri pul........

© Müsavat