ABŞ-ın yanında olmaq da təhlükədir, olmamaq da.. |
Trampın mümkün impiçmenti və ya hakimiyyətdən getməsindən sonra ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini indidən dərd eləməyə, dərin analizlər aparmağa gərək yoxdur, çünki...
Zamanında Amerikanı (ABŞ-ı) bəlkə də məndən çox öyən olmayıb. Bu, respublikaçı kiçik Corc Buşun (2001–2009) və ondan sonra Demokratlar Partiyasının namizədi Barak Obamanın (2009–2017) hakimiyyəti illərinə təsadüf edir. Bir məşhur türk serialında səslənən “Ya Amerikanın yanında olursan, ya yox olarsan” ifadəsi də o dövrlərin tez-tez işlədilən kəlamları sırasında idi. “Amerika istisna dövlətdir” və ya “Amerikanın dostları yox, yalnız maraqları var” deyimləri də bu supergüc durduqca yaşamaq haqqına malikdir. Yəni sevsək də, sevməsək də, Amerika öz tarixi, siyasi sistemi və qlobal rolu baxımından “istisna və xüsusi missiyaya” malikdir.
ABŞ Buşun dövründə 2001-ci il sentyabrın 11-də dəhşətli terror hadisəsi yaşadı. Bir neçə dəqiqə ərzində Dünya Ticarət Mərkəzinin qoşa binasında 3 mindən çox adam terrorun qurbanı oldu, amma nə efirdə bir meyit, nə də ölənlərin yaxınlarına ağlayan insanlar göstərildi... ABŞ o gün ucalıqdan yıxılsa da, ağayana duruşu ilə dünyanı təəccübləndirmişdi. Məlum idi ki, dünyanın telekanalları vasitəsilə canlı izlədiyi 11 sentyabr terroru təkcə bir ölkənin deyil, dünyanın taleyini dəyişəcəkdi. Dəyişdi də. Yadımda qalanları deyirəm: ABŞ Əfqanıstanı tutdu, İraq müharibəsi nəticəsində Səddam Hüseyn asıldı, Üsamə bin Laden öldürüldü, “Ərəb baharı” bir neçə qartımış diktatoru hakimiyyətdən devirdi, Suriyada vətəndaş müharibəsi başladı,........