“Qarabağ”, yoxsa “Sabah”?- çempionu hakim müəyyə

“Qarabağ”ın bu dəfə milli çempionatda, həm də çox vacib bir qarşılaşmada haqsız hakim qərarı ilə üzləşməsi üzücü və bir az da düşündürücüdür

İki gün əvvəl Yevlaxda ev sahibi kimi oynayan “Kəpəz”in “Qarabağ”ı əvvəlki dövrədəki kimi yenə məğlub etməsi Ağdam klubu ilə “Sabah” arasında xal fərqini 10-a çatdırdı. Qurban Qurbanov elə “Sabah”la 3:3 oynadıqları qarşılaşmadan sonra demişdi ki, “Qarabağ” hər il çempion olmağa məcbur deyil. “Qarabağ”ın bu il Çempionlar Liqasında 24 ən bacarıqlı klub siyahısına düşməsi və güclü rəqiblərlə qarşılaşması çempionluq mübarizəsinə təsirsiz ötüşmədi. Çempionatdakı iddialı rəqiblərindən olan “Sabah” da bunu fürsətə çevirə bildi. İndi sona 9 tur qalmış çoxları “Sabah”ın ilk çempionluğunu qəbul etmiş kimi görünür... “Sabah” iki rusiyalı baş məşqçi vaxtında da pis oynamırdılar, amma Valdas Dambrauskas nizam-intizamlı komanda oyunu yaradıb, həm də görünür ki, klub rəhbərliyinin konkret tələbi var – “Sabah”ı çempion etmək. Yaxşı arzudur, nə demək olar ki... Çempionluq yarışı haqda yazıların birində qeyd etmişdim ki, hakimlərin “Sabah”a güzəşt etdiyi hələ hiss edilmir,........

© Müsavat