Vaşinqtonun saatları nə göstərir?.. |
ABŞ Prezidenti Donald Trampın da daxili reytinqi kəskin azalıbdır deyirlər. Guya cəmi 39 faiz təşkil edir. Bununla bağlı xeyli “ürək sözlərimiz”- təsəllilərimiz olacaq, amma bəri başdan bir etirafımız var.
Nə qədər zəhləmiz getsə də, planetin və xüsusən Cənubi Qafqazın adi sakini kimi onun hələ hakimiyyətdə qalmasının (getmək fikri, xüsusən də bunun üçün əsas da yoxdur) tərəfdarıyıq. Qoy, bəzi məsələlər həll olunsun, Zəngəzur dəhlizi reallığa çevrilsin, Paşinyan da gələn seçkiləri udub Moskvadan uzaqlaşsın, sonrasına baxarıq: Tramp Nobel alar, qoy, alsın, almazsa da cəhənnəmə, gora alsın...
Belədəsə, bu xəbərlər yadıma başqa detalı saldı. Bizim birillik AXC hakimiyyətinin (Allah özü xeyrə calasın, axır vaxtlar yaman tez-tez xatırlayıram onu!) obyektiv-subyektiv səbəblərdən “fatihəsi” veriləndə o dövrdəki politoloqlarımızdan biri maraqlı şərh vermişdi. Demişdi ki, AXC hakmiyyəti reytinqi çox düşdüyünə görə artıq legitim deyildi!..
Onda da məəttəl qalıb soruşmuşduq ki: hansı beynəlxalq sənəddə, ya milli qanunvericilik aktında, hətta hansı kitabda-dərslikdə yazılıbdı bu?..
Birinicisi, sorğu reytinqi elə bir ciddi şey deyil və onun heç bir hüquqi nəticələri olmur, çünki ən peşəkar sosioloq belə sosioloji sorğuların nəticələrini yüz faizlik həqiqət kimi qəbul etmir, ən yaxşı halda, bu, kiçik statisikadır, yalnız ehtimal kimi nəyəsə işarə ola, diqqət çəkə bilər.
Ona görə ki, sorğular uzağı, 5-10 min, lap fantastik halda, 50 min respondenti əhatə edir və onun reprezentativliyi daim mübahisəli........