Vətəndaşlıqdan, insanlıqdan da istefa olur?.. |
Əlbəttə, bizim medianın–radioların, televiziyaların, hətta bəlkə qəzetlərin – saytların da problemlərini məndən də daha yaxşı bilən adamlar var, amma bu strukturları dirçəltməklə bağlı bütün təkliflərin əvvəlində şəxsən mən bir cümlə yazardım: hər şeydən əvvəl mediaya azadlıq və müstəqillik lazımdır, yoxsa qeyri-azad media strukturu yaxşı halda, hansısa oliqarxa, belədəsə, tamam hökumətə sığınmalı olacaq.
Hələ demirəm, bir də gördün, kimsə gedib hətta arzuolunmaz “xarici dairələr”ə (məsələn, Kremlə və yaxud iranlı mollalara!) də bağlandı. O gün oxuyuram ki, ermənilərin “Hraparak” qəzetinin Rusiyayla yaxınlığı artıq yerli demokratları da narahat etməyə başlayıbdır.
Ona görə də problem ciddidir və kimsə həqiqətən də medianın problemlərilə maraqlanırsa, qoy, bu haqda ciddi düşünsün, mütəxəssisləri dinləsin, yoxsa məqsəd yenə də “maket” yaratmaqdırsa, mənasız işdir.
İllər öncəki bir detal yadıma düşür. Onda bir qəzet çox “böyük problemə” çevrilmişdi: ondakı “baş məmurlar” bağlatdılar onu! “Azadlıq” radiosunda çalışırdıq və bu xüsusda deputatlardan birilə ayaqüstü, çox kiçicik “mübahisəmiz” oldu. Deputat “qardaş” mənə dedi ki, istəyirsən, deyim, filan qəzeti kim maliyyələşdirir? Onda da dedim, indi də təkrar söyləyirəm ki, ehtiyac yoxdur!
Bilirsiniz, niyə? Bir daha təkrar edirəm, məndən inciməsinlər, amma ölkəmizdə bəzi böyük məmurlardan, ya onlara yaxın adamlardan başqa kimdə pul var ki, durub hansısa media strukturunu da maliyyələşdirsin? Dediyim budur ki, həyatımızın nəinki acı, hətta dəhşətli reallığıdır bu...
Eyni sözləri bir nəfərə “Filankəsin puluna kitab buraxmısan!” deyiləndə da yazmışdım: “Ziyalı adamın, bəlkə ayda heç 1000-1500 manat qazanmayanın kiminsə dəstəyilə kitab buraxmasında qeyri - adi nə var? Ən əsasısa, məgər “o filankəslər”dən başqa kimdəsə pul varmı ki, bədbəxt ziyalı durub ondan alsın? Həm də, heç olmasa, vərəqləyib baxın, görün, kitab buna dəyər, ya dəyməz? Bəlkə həqiqətən dəyərli kitabdır və dediyiniz “filankəs”in millətçün gördüyü ən böyük iş də elə onu çap etdirməkdir?”.
Belədəsə, inanın, nə “siyasi debatlar” maraqlandırırdı bizi, nə də ki, qeyri şey! Ona görə ki, əvvəlcədən uduzulmuş şahmat partiyasıydı; sanki “vəziri” qırağa qoyub “piyada”larla oynayırsan! Hələ başqa şeyləri demirəm. Həm də kimsə yuxuda nəsə görə bilər, ağlına nəsə gələr və durub deyər ki, gəlin filankəsin namizədliyini BMT-nin Baş katibliyinə irəli sürək! Bəs adamın öz ağlına nə gəlib? Yoxsa siyasət də “flaş-mob”dur? Getdin, beş–on dəqiqə atılıb-düşdün və hər şey bitdi! Belə deyil axı! Məhz belə şeylərə görə........