menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Tutaq media da qalmadı: sonra nə olacaq?..

26 0
02.05.2026

Əvvəllər, bəli, insanlarımız hələ özlərinə əziyyət verib nəyləsə maraqlananda çox məşhur sual vardı: “Filankəs, bu işlərin axırı necə olacaq?”

İndi o illəri xatırlayanda, xüsusən də o məşhur sual yadıma düşəndə bir tərəfdən gülmək tutur məni, o biri tərəfdən də özümü yığışdırıb, toparlayıb demək istəyirəm ki, dostlar, deyəsən, artıq axırı çatır axı?..

Yox, məni ifrat pessimizmdə - filanda, “parlaq gələcəy”imizə inamsızlıqda suçlamyaın, bu ölkədə əgər 62 il yaşa bilmişəmsə, Vallah, dünyanın ən böyük optimistlərindənəm.Həm də özümü böyük adam saymıram, amma, inanın, bizim bəzi “böyük”lərdən qat-qat çox oxumuşam. Odur, hərdən bilirsinizmi, ağlımdan nə keçir? Fikirləşirəm ki, bu optimizm deyilən şey, ümumiyyətlə, haradan peyda olubdur? Fəlsəfəyə “elmlər elmi” deyirlər, amma böyük fəlsəfədə, böyük filosofların əsərlərində optimizmdən qəti əlamət yoxdur.

Bu sözüm sizə daha inanadırıcı görünər, çünki mənim əsl peşəm – ixtisasım olub, amma dəqiq elmlərin tacı sayılan fizika da Dünyanın, Günəşin, hətta Yerin gedişatıyla bağlı optimist bir ssenari demir, vaxtilə bunları oxuyanda düşünürdüm ki, Allahım, doğrudanmı, ÖZÜNÜN YARATDIĞIN bu böyüklükdə MÖCÜZƏDƏN beləcə asanlıqla imtina edəcəksən?

Ona görə də hərdən mənə də elə gəlir ki, optimizm deyilən şeyi də siyasətçilər uydurublar ki, insanları nəyəsə inandırıb tərəflərinə çəksinlər, onlarda yaşamağa stimul, həvəs olsun: belədəsə, bu Dünyada insanı məyusluqdan savayı bir şey müşayət edibmi və ya edirmi?..

Nə başınızı ağrıdım, SSRİ-nin çöşüşüylə bağlı nə yazmaq lazımdırsa, bizdən də qat-qat savadlı və məlumatlı adamlar hamısını yazıb, ən xırda neqativindən tutmuş ən böyük pozitivinədək! Nəsə qalıbsa, onlar da nə vaxtsa yazılacaq, hamı bir yana, tarixçilər tayfası tutduqlarını buraxan deyil, az qala, min ildir Misirin fironlarından və ehramlarından yazırlar, hələ də bitirmirlər, davam edirlər.Jurnalistlərin işi bir az başqadır, daha çox bugünün fironlarıyla məşğul olurlar; ya fironlar onların axırına çıxır, ya da onlar fironların...

Bu səbəbdən də keşmiş SSRİ konteksində bircə cümlə yazacağıq və o, da budur ki, sözsüz, möhtəşəm hadisəydi, amma həm böyük qurtuluş idi, həm də çox böyük şok – bəli, sonuncuya qətiyyən təəccüb etməyin, yüz milyonlarla insan həm də böyük şok yaşadı, ona görə ki, heç də hamıını birdən - birə xoşbəxt gələcək........

© Müsavat