menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Tramp heç “centlemen” də deyilmiş?..

14 0
23.06.2026

Belə çıxır ki, həm də səviyyəsiz adammış. Bəli, bir daha: söhbət prezident Trampdan gedir. Doğrusu, İtaliyanı, onun NATO çərçivəsində, Avropa formatında apardığı siyasəti elə də yaxşı bilmirəm. Bildiyim budur ki, C.Meloni bu ölkənin baş naziridir və fransalı Marin Le Pen kimi mühafizəkar, sözün əsl mənasında milli-ənənəvi dəyərlərə, ailə institutuna üstünlük verən bir xanımdır. Bunu iki səbəbdən vurğulayıram.

Birincisi, Tramp da guya mühafizəkar siyasətçi hesab olunur. İkincisi, Qərbdə bir çox kişi siyasətçilər “cinsi azlıqları” hətta bəşəriyyətin simvoluna –“vizit kartı”na çevirməyə çalışanda bu iki xanım milli-ənənəvi, dini dəyərlərə üstünlük verir, hətta “seksual azlıqlar”ın təbliğ olunmasına qarşı çıxırlar.

Yeri gəlmişkən, bu “seksual-cinsi azlıq” söhbəti də indinin və ya dünənin poblemi deyil. bu haqda hətta qədim yunan, Herakl əfsanələrində də yazılıb. Bizə beşinci sinifdən öyrədirdilər (məktəbdəki “Qədim dünya” tarixini nəzərdə tuturam) ki, məsələn, guya Roma imperiyasını barbarlar, vəhşi asiyalı köçərilər dağıtdı. Yox, belə deyildi, onu bundan da xeyli əvvəl ƏXLAQSIZLIQ dağıtmışdı. Nisbətən sonrakı dövrlərdə də, məsələn, orta əsrlərin çox məşhur Fransa krallarından da biri haqqında da yazırdılar ki, bir tərəfində xanımı, o biri tərəfində də “sevimli oğlanı” yatırmış!

Bir daha deyirəm ki, bu, heç də Şərq-Qərb məsələsi də deyil, siz əgər son bir-iki yüz ilin Şərqini də yaxşı tanımaq istəyirsizsə, M.S.Ordubadinin “Dumanlı Təbriz” romanını oxuyun və görün İran zadəganlarının çoxu nə qədər DEQRQDASİYA olunublarmış, nə qədər əxlaqsızlaşıblarmış! Ən əsası da “İncil”dəki Sodom və Qomorra şəhərlərinin aqibətini........

© Müsavat