menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Tramp da bilmirsə, kim bilir?..

23 0
previous day

Müharibə aparan ölkənin başçısı onun nə vaxt qurtaracağını bilmirsə, deməli işlər fənadır. Bəli, ötən həftə prezident D.Tramp KİV-lərə necə deyərlər, ürək sirrini açdı. Bildirdi ki, İranla müharibənin nə vaxt bitəcəyini bilmir, amma çalışacaq ki, onu özündən sonra gələn prezidentə saxlamasın. İran tərəfdən də belə bir xəbər yetişdi ki, onlar da təslim olmaq haqda nəinki düşünmürlər, hətta öz üstünlüklərini, eləcə də hərbi üstünlüklərini indi-indi hiss etməyə başlayıblar.

Dünyanın ikinci böyük müharibəsilə - Ukraynayla bağlı da Putin elə bir söz dedi ki, hamı indi onun nə məna kəsb etməsi üzərində baş sındırır. Bəli, Putin də demişdi ki, məni asarlar! Amma bəlli olmadı bu əziyyətə kim qatlaşacaq, nə üçün, nə vaxt asacaq onu? Burada yadıma keçmiş siyasətçi Anatoliy Çubays haqqında bircə cümləlik lətifə düşür: Çubaysa sui-qəsd olub, amma çox təəssüf ki, güllə yan keçib!..

Qərəz, dünya məchulluq içində çabalayır. Düzdür, belə götürəndə bizim üçün faydası var, nəinki ziyanı. Ən azı ona görə ki, enerji........

© Müsavat