Stalinin “möcüzə”lərinin sirri nədəydi?.. |
Başqa ölkələri bilmirəm, rusiyalı filosof A.Duqinin yazıları, fikirləri hələki ölkəsində diqqətdən kənarda qalmır, müzakirə edilir. Bəlkə də bu, günümüzün Rusiyası üçün ən böyuk təskinlik, təsəllidi: ölkədə hələ nəsə müzakirə olunursa, deməli nə vaxtsa, nəsə dəyişə də bilər. Həm də gəlin hamılıqla sevinək ki, prezident Putin hələ özü filosofluq-politoloqluq fikrinə düşməyib, ən azı ona görə ki, buradaca adını hallandırcağımız Stalin belə deyildi; yarımçıq dini seminariya təhslli bu adam bütün elm sahələri üzrə nəinki “fikir” bildirməyi vacib sayır, hətta uşaqlar üçün SSRİ-də dərc olunan “Murzilka” jurnalını da oxuyurdu...O ki qaldı Duqin cənablarının “fikir”lərinə, məncə adam artıq tükənib, bunun bircə mövzusu qalıb: Qərbin liberal qaydaları, liberal dəyərləri! Halbuki özü də çox yaxşı bilir ki, modern iqtsadi-texniki potensial, yeniliklər daha yalnız Qərbdə cəmləşməyib, Yaponiya, Cənubi Koreya, daha sonra Çin kimi iqtisadi möcüzələr var, arabir “Cənub-şərqi Asiya pələngləri”nin də adı hallanır, bir də gördün, orada da bir sıçrayış oldu. Amma məsələ nədədir? Daha heç kim Maks Veberin ardınca demir ki, guya Qərb kapitalizmi protestant etikasının nəticəsi, törəməsidir, çünki indicə adını çəkdiyimiz Asiya ölkələri də var, bəlkə hələ başqaları da olacaq. Çin islahatlarının lideri qoca Den nə demişdi? Pişiyin hansı rəngdə olmasının heç bir önəmi yoxdur, əsas odur ki, siçanları tutsun! Yəni bu ölkələrdəki........