Rusiya Ermənistanı, Avropa da Gürcüstanı?.. |
Bu yaxın günlərdə yazıldı ki, Avropa İttifaqı Gürcüstan hökumətilə danışıqlara başlamaq istəyir, məqsəd də gürcülər üçün nəzərdə tutulmuş vizasız gediş - gəlişi ən azı dondurmaqdır.
Prosesin, “danıışıqlar”ın hələ yanavara qədər çəkəcəyi deyilir.
Olsun. Amma prosesdə başa düşülməyən, məntiqsiz məqamlar da çoxdur, bilmək olmur ki, axı Brüssel Tiflisdən nə istəyir? Olqarx İvanişviliyə “Putinin agenti” deyirlər, amma məsələ belə kəskinliyilə də deyil axı! Neçə il keçib, amma Moskva səmtində ciddi bir addım atılmayıb, hətta diplomatik əlaqələr tam bərpa olunmayıbdır məncə...
Daha bir “problem”sə guya sonuncu seçkilərdi. Əziz avropalılar, axı insanlar nə etsinlər ki, əgər qərbyönümlü siyasi partiyalar seçkini uda bilmədi! Bu, indiki siyasi komnadanın günahıdırmı? Səhv etmirəmsə, indiyədək ciddi seçki pozuntusu ortaya qoyulmayıb, hətta bəzi avropalı siyasətçilər də deyirdi ki, biz “Gürcü arzusu”nu seçkini udduqlarına görə qınaya bilmərik!..
Gürcüstanla inteqrasiya danışıqlarını dayandırmaqçün bir ciddi əsas yoxdur. Əlbəttə, “agentlər” haqqında qanun yersiz məsələdir, gərək, gürcü hakimiyyəti bununla tələsməyəydi. Belə götürəndə, İvanişvilinin özünün milyardarla ölçülərn biznesilə bağlı tam aşkarlıq varmı? Axı bu haqda da ciddi şübhələr və şayiələr mövcuddur. “Agent” sözü........