Rusiya daha çox haranı “gözaltı” edib?.. |
Dünyada çoxtərəfli və ikitərəfli əlaqələr var. Bunları biri-birinə qarşı qoymaq lazım deyil, ikitərəfli əlaqələr daha böyük yaxınlıq deməkdir və bir çox hallarda çoxtərəfli əlaqələrin daxili strukturunu müəyyən edir. Bu baxımdan Dublində çoxtərəfli əlaqələr sarıdan alınmadı, biz təklif olunan üç sənədi imzalamadıq. İzahı çox oldu, amma mənim öz izahım var və bəzi məmurlarımızın xoşuna gəlməz deyə onu burada yazmıram.
Bir dəfə qardaş Türkiyə prezidenti Ərdoğan maraqlı söz demişdi: Avropaya inteqrasiya prosesinin özü də faydalıdır, biz qitənin standartlarına çata-çata özümüz də inkişfaş edirik. Bu, həqiqətən də belədir. Mən də razıyam ki, Rusiya-İran faktoru ucbatından biz nəinki NATO-ya, hətta Aİ-a inteqrasiya haqqında çox da dərin fikirləşməməliyik. Amma NATO-dan, Aİ-dan öyrənməli çox şey var, onların standartlarını tətbiq edə-edə çox irəli gedə bilərik. NATO standartlarını Türkiyədən götürə, Aİ standartlarını isə onunla məsafəli əməkdaşlıqdan öyrənə bilərik.
Amma biz daha çox ikitərəfli əlaqələrə üstünlük veririk. Dublində də çoxtərəfli əməkdaşlığa aid 3 sənədi imzalamasaq da hər halda Britaniya ilə........