Putin - Paşinyan: kim aldatdı?.. |
Aprelin 1-i bütün dünyada gülüş, hətta “axmaqlar günü” kimi qeyd olunur. Həmin gün, nəinki adi adamlar, KİV-lər belə yalan məlumatlar yayır. Odur, bilmirəm, erməni baş nazirinin Moskvaya səfərinin bu tarixə təsadüf etməsinin özü də bir təsadüf idi, yoxsa burada da bir simvolik məna vardı? Görüşün motivi ən çox belə yozulur ki, Paşinyan 7 iyun parlament seçkləri ərəfəsində Kremllə münasibətləri bir növ, düzəltmək istəyir. Ümümi mənada bəlkə də belədir, amma konkretliyə gələndə nə Rusiya, nə də Paşinyan tərəfindən hansısa jest müşahidə etmədik: Putin diplomatik şəkildə Nikola, bizim dildə desək, işarə etdik ki, adam kişi olar, birini seçin, ya Avropa, ya da Avrasiya İttifaqını, necə deyər, qızın iki adaxlısı olmaz axı! Ardınca Nikol Paşinyandan xahiş etdi ki, seçkidə rusiyapərəst qüvvələrin də sərbəst iştirakına şərati yaratsın. Əslində bununla Putin Nikolun “yadına saldı” ki, Ermənistanda bizim adamımız sən deyilsən, başqalarıdır və Kreml onların bundan sonra da ən azı “dəyənək” kimi qalmasında çox maraqlıdır. Elə Nikol Paşinyan tərəfdən də nəinki barışdırıcı, heç güzəşt jesti sezmədik. Bəli, adam dedi ki, Rusiya bizim üçün vacib ölkədir. Amma bunu kim demir? Hətta Afrikadan, nə bilim, Fil Sümüyü ölkəsindən gələn “siyasətçi” belə deyir; yəni bu, siyasi- diplomatik etiket qaydası sayılır, hansı ölkənin başçısı durub “Bizim düşmənimizsən” deyəcək?..
Hətta hiss olundu ki, vaxt münasib olmasa da (Trampın başı İrana qarışıb, qarşıdan 7 iyun seçkisi gəlir........