Nefti bildik, məmur, deputat niyə “bahalaşdı”? |
Əvvəl onu deyiim ki, rəhmətlik rəssamımız Səttar Bəhlulzadənin və sevimli şairimiz Vaqif Cəbrayılzadənin zahiri görünüşündə sanki bir portretlik əlamətləri var. Səttar haqqında bunu məktəbimizdə rəsmxətt müəllimimizə demişdim: Əzim Əzimzadə adına məktəbi bitirmişdi və Səttar Bəhlulzadəni şəxsən-canlı gördüyünü deyirdi. Ona az öncə qeyd etdiyim kimi “Bəhlulzadə özü də rəsm əsərinə, portretə oxşayır” deyəndə, ani fikrə gedib “Hə, vallah, düz deyirsən” söylədi.
Vaqif bəyi, əlbəttə, hamımız canlı görmüşük, gözəl şairlərimizdən olması bir yana, Azərbaycandakı milli hərəkata, hərəkatçılara çox yaxın adam idi və mən onu hər dəfə canlı şəkildə seyr edəndə, şəkillərinə baxanda bayaq dediyim ki, bu adamın da görünüşündə portretlik əlaməti, cizgiləri hiss edirdim...
Amma sözüm bunda deyil. Demək istədiyim başqadır. Doğrusu, mən internetdən oxuduqlarıma bir az ehtiyatla istinad edirəm və bunu bir neçə yazıda qeyd etmişəm: kitab başqa şeydir, üstündə müəllifin adı var və sabah bilirsən, necə deyər, kimin yaxasına yapışacaqsan. Amma bunu internetdəki materiallar haqda demək olmur: bilmirsən ki, kim yazır, kim yerləşdirir, material nə dərəcədə........