menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Nə edək bura “siyasi səhralıq” olmasın?..

24 0
27.04.2026

Bir neçə il bundan əvvəlin söhbətidir. Redaksiyaların birində söhbət edirdik. Daha doğrusu, bir nisbətən gənc jurnalist öz müsahiblərindən – müsahibə götürdüyü siyasət adamlarından danışırdı. Onlara lağ edir, ələ salırdı. Axırda da dedi ki, bu ölkədə filankəsdən yaxşı müsahibə verən yoxdur və bunu deyib elə bir yaltaq “deputat”ın adını çəkdi ki, inanın, az qaldı, ətim ürpəşsin!..

İstədim, etiraz edim, ona bir söz deyim, amma etmədim. Bilirsinizmi, niyə demədim? Gizlətmirəm, şəxsən mən, illərdir, hətta öz həmkarlarıma belə onların hansısa yazısı, fikrilə bağlı münasibət bildirməyə, söz deməyə cəsarət etmirəm, hətta çəkinirəm. Odur, heç nə demədim, bizim müdrik azərbaycanlılar demiş, dərindən fikrə getdim. Amma bilirsiniz, nə deyərdim? Söyləyərdim ki: “Həmkar, indinin özündə belə Azərbaycanda istənilən məsələylə bağlı çox müfəssəl şərh verə bilən adamlar var, o cümlədən də siyasətlə bağlı. Sadəcə, sənə onları yox, başqalarını tapşırıblar, çünki onlara məhz həmin tərifli yaltağın münasibəti lazımdır. Səni də başa düşürəm, gənc adamsan, bəlkə ailən, uşağın da var, amma ki, heç olmasa, dar çərçivədə, bir-iki etibarlı dost-tanışın yanında yalan danışma!”...Belədəsə, kim bilmir ki, artıq doxsanıncı illərdə bəzi “məmur-ideoloqlar” hər şeyi qeyri-rəsmi şəkildə bölüşdürmüş, reqlamentləşdrimişdi ki, məsələn, kimdən nəyi soruşmaq olar? Məsələn, bizim kimi adamlardan yalnız müxalifətlə bağlı nəsə soruşmaq olardı. Halbuki şişirtmə üçün demirəm, ölkədə beş-üç adam vardı ki, onlardan çox Qarabağ haqda, nə bilim, geopolitika–xarici siyasətlə bağlı, hətta demokratiya haqqında yazan yox idi. Amma olmazdı! Birincisi, bu adamların sadaladığım məsələlərlə bağlı fikri həmin “məmur-ideoloq” ağalara sərf etmirdi. İkincisi, heç bir halda cəmiyyətdə, insanlarda belə adamlarla bağlı fikir yaranmamalı idi ki, onlar da hansısa sahələr üzrə ekspert–mütəxəssis sayıla bilərlər. Üçüncüsü, məhz belə adamlara, müxalif və yaxud da müstəqil düşüncəli insanlara müxalifəti “tənqid etdirmək” lazım idi ki, bir az inandırıcı olsun...Gizlətmirəm, mən də vaxtilə müxalifəti tənqid etmişəm, eləcə də digər siyasi təhlil adamları da. Hətta “Monitor”da belə rəhmətlik Elmar müxalifətlə bağlı mütəmadi yazılar verirdi. Başqalarını bilmirəm, amma şəxsən nə mən, nə də əminəm ki, rəhmətlik Elmar bunu kimlərinsə tapşırığı, diqtəsilə etmirdik. 2000-ci ilədək müxalifətlə sıx bağlı olmuşam, onunla bağlı müəyyən fikirlərim, planlarım olub və hərdən bunları yazmışam, səsləndirmişəm. Rəhmətlik Elmarsa, ümumiyyətlə, nəinki hakimiyyətlə, heç müxalifətlə də bağlı adam deyildi, o da, mən də müxalifətdən daha yaxşı bir şey düzəltməyə cəhd edirdik -bəlkə də səhv edirdik, yanılırdıq, bunun daha optimal yolunu tapa bilmirdik, amma böyük çıxmasın, məqsəd bu idi, başqa şey yox idi. İndinin özündə də şəxsən mən istəmərəm bir müxalifətçinin və ya müstəqil düşüncəli adamın ayağına çınqıl dəysin, əksinə mənə bəzən əzab verir ki, ənənəvi media baxış bucağını çox kiçildib. Özü də bunun nə hakimiyyətə, nə cəmiyyətə, nə də........

© Müsavat