Keçmiş KQB arxivləri: kimin adı olardı?..

 Ötən həftə təsadüfən internetdə bu mövzuda müsahibəyə qulaq asdım. Təkrar baxdım, deyəsən, bir az köhnə material idi. Amma doğrusu, yenə də çox maraqlı göründü, özüm də nəsə yazmaq istədim, çünki bəlkə də on illərdir ki, mövzu Azərbaycanda dövriyyədə qalmaqdadır, özü də elə-belə müzakirə mövzusu da deyil; bu, onu ittiham edir, o, bunu...Həm də təkcə Azərbaycanın və azərbaycanlıların predmeti deyildir, keçmiş SSRİ-soveti konteksində çox yerlərdə hələ də davamlı müzakirə olunan böyük siyasi mövzulardandır; artıq haralardasa müzakirələr daha tükənib, bəlkə ona görə ki, nəsə edilibdir. Qalan ölkələrdəsə deyəsən, bir nəsil səhnədən gedənəcən bu və ya digər şəkildə, hətta əvvəlki intensivlikdə olmasa da, yəqin yenə davam edəcək. Azərbaycana gələndə, ötən dəfələrdə bir yazıda, tamam fərqli məsələylə, 93-ün iyun hadisələrilə bağlı qeyd etmişdim ki, hətta antik, qədim tarixin bəzi qaranlıq məqamlarıyla bağlı aydınlıq daha çoxdur, nəinki bizim 30-40 il bundan əvvəlki tariximizlə.Əlbəttə ki, daha çox ritorik mənada demişdim bunu, çox şey principcə, aydındır, amma insanlar hələ də düşünürlər ki, yox, burada başqa nələrsə də var deyəsən. Hətta Dünyada indi də iki sahə var, biri din, digərisə tarix–nə qədər çalışırsan, çalış, bunları siyasətdən tamam ayırmaq olmur. Nə ilahiyyatçı deyiləm, nə tarixçi, amma kimsə inandıra bilməz ki, Vatikanın keşişləri zəhləm getmiş İran mollalarından siyasətlə daha az məşğul olur! Yox, hətta xristian reformistlərinin – protestantların və yaxud da qeyrilərinin siyasi izləri haralarda görünmür? Bir səbəbi budur ki, siyasəti mücərrədləşdirmək lazım deyil, onu da insanlar yaradır və həyata keçirirlər, onlarsa hamı kimi adi adamlardır, nə qədər neytral, hətta “tolerant” olsalar da, biri xrisitianlığa daha çox meyl edir, digəri islama, üçüncüsü bütpərəstliyə. Sovetin vaxtında Əfqanıstanda xidmət etmiş hərb müəllimlərimiz danışırdı ki, elə ki, döyüş başlayırdı, bizim o vaxtki sovet əsgərləri bircə anın içində sovet hökumətinin 70 ildə onlara öyrətdikləri ateizmi-filanı tamam unudurdular: xristianlar başlayırdı xaç vurmağa, müsəlamlarsa öz dini dualarını oxumağa!.. Yəni din də sadə məsələ deyil. Onun təzahürünü dünyanın ən demokratik siyasətçinin də siyasətində görəndə qəti təəccüblənməyin. Belədəsə, bunu sadəcə, bir giriş kimi, fikrimi çatdırmaqçün qeyd etdim –başqa səmtə yozmayın. O ki qaldı tarixə, onu da heç də həmişə siyasətdən, ideologiyadan ayırmaq olmur. Əvvəllər astronomiya əvəzinə astrologiya, kimya əvəzinə əlkimiya olduğu kimi tarix və tarixçilər əvəzinə də salnamələr və salnaməçilər olub. Sonradan elmi-akademik tarix yaranıbdır, amma onlar bu və ya digər siyasi dairələrin, mərkəzlərin təsirindən tamamilə azaddırmı? Baxırsan, eyni şeyi konservatorlara yaxın olan ABŞ tarixçisi bir cür yazır, demokratlara yaxınısa başqa cür... İdeologiya tək sovet vaxtı vardı? Yox, nə qədər siyasət olacaq, elə o qədər də ideologiya, hətta təbliğat olacaq (indi buna siyasi texnologiya-filan deyilsə də məğzi-təyinatı eynidir!). Bunlar həm də tarixin əsasında qurulur, ona proyeksiya olunur ki, özüllü olsun. Odur, deyilsə ki, yaxın tarixin indiyədək heç olmasa, 30 faizi yazılıb, bunun özü də çox olar. Bəlkə bundan da azdır, çünki hələ qəti məlum deyil ki, post-sovet ölkələri keçmişdən nə qədər uzaqlaşşıb? Özü də cəmi post-sovet məkanına aiddir. Baltik respublikaları bir az çox, digərləri az, Rusiya özüsə, ümumiyyətlə, bilinmir ki, bu məsələdə nə qədər uzağa gedib! Otuz il əvvəl “dəmir Feliksin” heykəlini uçurtdular, indi həmin yerdə təzədən ucaltmağa çağırırlar. Putin tarixi təftiş etməyi də az qala, yasaq etdi. Amma bu, da bir yana, adam ölkənin yarısını “agent” elan edibdir! Ona görə də “keçmiş KQB məsələsi” asan problem deyil: çoxumuz, keçmiş sovet adamları-“homsovetikus”lar gözümüzü açıb kommunist partiyası, KQB görmüşük! Psixoloji cəhətdən bundan dərhal uzaqlaşmaq asandırmı?..Amma başqa yol yox, çalışmalıyıq! Sovetlərin, hətta KQB-filanın izi hələ xeyli psixologiyamızda qalacaq - ən azı bizim kimi sonuncu sovet nəsli səhnədən gedənədək! Bir gülməli detal deyəcəm. Soljenitsın ABŞ-a köçəndə evinin ətrafına böyük, çox hündür hasar çəkibmiş. Amerikalılar baxıb təəcüblənirmiş. Amma bizimçün təəccüblü şey yox burada, qapalı ölkələrin insanlarının psixologiyası belədir; əvvəl hasar, sonra ev!..Gələk “keçmiş KQB arxivi” məsələsinə. Vaxtilə cəmi post-sosialist, post-sovet məkanında ən aktual məsələlərdən idi. Hətta Avropa ölkələrində........

© Müsavat