Fiqaro burda, Fiqaro orda: səbrli ol, Tramp...
Bu, həqiqətən də uzunmüddətli atəşkəsə və ya barışığa tuşlanmış addımdır, yoxsa sadəcə, kiçicik bir pauza– təəssüf, hələ heç kim bu sualın dəqiq cavabını bilmir, hərçənd, ABŞ-la İran arasında fəal hərbi qarşıdurma yaşananda dəfələrlə yazmışdıq ki, molla rejimi çökməyincə, iranlılar dini tiraniyadan qurtulmayınca ciddi, fundamental dəyişikliklər baş verməyəcək, heç bir sülh alınmayacaq, uzağı müvəqqəti pauzalar olacaq, bundan sonra teokratik rejim yenə psevdo - dini ideologiyasını davam etdirəcək, hətta böyük ehtimlla ilk fürsətdə nüvə proqramını da bərpa edəcəkdir.
İndiki iki həftəlik pauzanınsa bircə nəticəsi vardı: deyəsən, Vaşinqton İranın teokratik rejimilə bacarmadı. Bəli, Tramp əvvəl çox bəyan etdi ki, guya İranda hətta hakimiyyəti dəyişə biliblər, amma belə şey olmayıb və hələ də yoxdur, ölkəni mollalar və bir də SEPAH idarə edir. Düzdür, ABŞ da, İsrail də dəfələrlə dolayı yolla prezident Pezeşkiana işarə etmək istədi ki, adam onların “qara siyahı”sında yoxdur, amma təəssüf, bunun İran prezidentinin siyasətində ciddi əlamətlərini görmədik: düzdür, deyilir ki, guya Pezeşkianla SEPAH arasında ciddi qarşıdurma yaşanır, amma nədə təzahür etdirir bu, özünü? Pezeşkianın yaxın qonşu dövlətlərə barışdırıcı jestləriləmi? Ola bilər! Amma insanlar, müəyyən siyasi dairələr prezident Pezeşkiandan başqa nələrsə gözləyirdi. Dini........
