Böhranlar müharibə yaradır, yoxsa müharibələr bö

Əslində bu da olur, o birisi də: ABŞ, İsrail və İran münasibətlərini heç cür normallaşdıra bilmədilər və səhv etmirəmsə, bir aydan bir az artıqdır ki, müharibə gedir, hansını ki, oyun-moyun, “növbəti raket atəşfəşanlığı” adlandırmaq elə də asan deyil, hər şey yetərincə ciddidir, zarafatlıq bir şey yoxdur.

Bəli, böhran müharibə yaratdı, müharibəsə başqa böhranı üz çıxardı – məlum oldu ki, ABŞ-ın hər şeyə “qadir sehrli hərbi lampası” yoxdur, həm də hərbi analitiklər irəlicədən deyirdilər ki, bu dəfə “səhrada tufan” yaratmaq elə də asan olmayacaq, söhbət 80 milyondan çox əhalisi, 1600000 kv km ərazisi olan ölkədən gedir, bunların hamısı çox böyük resurslardır.

Məlum oldu ki, ABŞ-ın səfərbəredici potensialı, koalisiya yaratmaq imkanları da elə də böyük deyil, həm də ziddiyyətlər təkcə NATO daxili problemlərlə məhdudlaşmır, ən son sorğulardan məlum olur ki, hətta avropalılar ABŞ-dan daha çox ehtiyat edirlər, nəinki, məsələn,........

© Müsavat