Bəs referendum məsələsini necə çözməli?.. |
Ermənistandakı son seçkilərin Paşinyan üçün nəticələrini belə qiymətləndirmək olar: bir addım irəli, bir addım gedir, çünki hakim partiya hökumət qurmaq səlahiyyətini saxlasa da referendum keçirmək imkanını demək olar ki, itirdi. Ona görə daim deyilirdi ki, heç olmasa, referendum qərarını bir az əvvəl vermək lazım idi. Əlbəttə, asan məsələ deyildi, hər şey bir yana, erməni elektroratının siyasi ovqatını tam bilmək olmurdu, yalnız sorğulardan və bir də ən müxtəlif etriraz qruplarının aksiyalarına erməni cəmiyyətinin reaksiyasından nəsə təxmin etmək olardı.Necə deyər, keçənə güzəşt, amma əsas erməni sənədlərində bəzi məqamların dəyişdirilməsi bizümçün çox böyük önəm kəsb edir. İndi hələ İrəvanda siyasi ehtiraslar tamam səngiməyibdir, müxtəlif xəbərlər gəlir, deyirlər ki, guya burada da Gürcüstanda olduğu kimi müxalifət öz mandatlarından imtina edəcək. Amma iki detal var. Birincisi, son seçkilər erməni revanşistlərinin, radikal-millətçilərin, xüsusən də şovinistlərin, hətta rusiyayönmülü........