Əgər NATO-nun baş katibi deyirsə...

Dekabr da artıq yarı olur. Amma Rusiya-Ukrayna müstəvisindəki proseslər, Avropa ilə Rusiya arasında hələki elan olunmamış, daha çox “soyuq müharibə” tipli çəkişmə davam edir.

Daim izləməyə çalışırıq, amma deyəsən, hələki “sülh göyərçini” kimi görünən və ya buna cəhd edən ABŞ prezidenti cənab Trampdır, hansı ki, ötən dəfələrdə də yazmışıdıq, işarə edir ki, “suda boğulanların xilası onların özündədir”, Dünya siyasətində “səxavətli Sem dayı” erası bitir, üstəgəl, sizin probleminiz Rusiyadırsa, mənimki də, məsələn, Çindir.

O gün baxıram, prezident Tramp özünün sülh statistikasını açıqlayır, deyir ki, bir il ərzində neçə müharibə dayandırmışam.

Əlbəttə ki, ABŞ-ın siyasi Olimpinmdə belə bir pasifist prezidentin oturması çox yaxşı əlamətdir, belə götürəndə, müharibə kimə lazımdır?

Amma yenə bir sual düşündürür bizi: əcaba, görən, bunlar hansı müharibələrdir? Doğrudanmı, Pakistanla Hindisatan arasında sülh yaranıb, “Kəşmir məsələsi” həll olunubdur? Bəlkə Yaxın Şərqdə, İsraillə Fələstin, daha doğrusu, İsraillə HƏMAS arasında tamam sülh bərqərar olub? Axı belə şey yoxdur, üstəlik, cənab Netanyahu da, kabineti də az qala, hər həftə bəyan edir ki, heç bir “iki dövlət”- filan senarisi yoxdur, heç bir halda Fələstin dövləti yaradımayacaq! Budurmu Yaxın........

© Müsavat