Uşaqlara bulka pulu verilsin... |
Çiyninə hansısa musiqi alətini çexolunda asmış gənc ata azyaşlı oğlu ilə birgə avtobusa mindi. Kartla ödəniş edib oturmaq istəyirdi ki, sürücü ucadan “bir ödəniş elədin, bəs ikincisi?", -deyə səslədi. Sərnişin "o uşaqdır, mən heç vaxt ödəniş eləmirəm”, deyəndə sürücü yenə təkidlə ödəniş istədi: “5 yaşdan yuxarı uşaqlara gedişhaqqı ödənməlidir!” Atanın müqavimətini görən sürücü “ödəməsən, avtobus yerindən tərpənməyəcək, camaatı yolundan saxlama"-deyib təkid etdi. Bundan sonra uşağın atası gedib ödənişi etdi, bir neçə dayanacaqdan sonra avtobusdan düşdülər. Deyəsən, uşağı musiqi məktəbinə, ya musiqi müəlliminin yanına aparırdı. Mən o uşağın gözlərinə baxmağa utandım o an...Sürücü də utanaydı kaş...O uşağın atasını utandırmaq, sındırmaq qəhrəmanlıq deyildi o anda...Guya ki, kameradan baxırmışlar, 60 qəpik ödəməsə, dünya dağılacaqmış...
Bəlkə də o uşaq gələcəkdə Azərbaycanın ən böyük musiqiçilərindən biri olacaq. Bəlkə elə generallarından...Bəlkə qanunvericiliyə dəyişiklik edilsin, uşaqpulu məsələsi çətinlik törədirsə, heç olmasa, uşaqlara gedişhaqqı güzəşti edilsin. İnanın, o uşaqlar qat-qat artığını qaytaracaqlar, təkcə AYNA-ya yox, bütövlükdə Vətənə! Görmədikmi, 18-19 yaşlı gənclərimiz necə qəhrəmanlıqlar göstərdilər, üzümüzü ağ elədilər!
Uşaqlara "bayramınız mübarək" deməyə nə var ki...Onlar üçün bayram ovqatı yaratmalıyıq...
Avtobusda bir neçə yerdə 5 yaşla bağlı elan yapışdıran sürücüləri qınamıram. Onların istinad etdiyi qanun var. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan........