Sankt-Peterburq toplantısı əvəzinə… Kərkicahan Z |
Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmədi və hər birimizin ürəyindən xəbər verdi. Rəsmi açıqlamada dövlət başçımızın Sankt-Peterburqa getməməsi iş qrafikinin sıxlığı ilə izah edildi. Sözsüz ki, bu, diplomatiya dilidir və arifə bir işarə yetər.
Söhbət heç də MDB sammitini boykot etməkdən getmir. Azərbaycan müstəqil siyasət yürütməklə yanaşı, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarına daim üstünlük verib, bəzi dövlətlər kimi “bir addım irəli, iki addım geri” mövqeyindən çıxış etmir, mövqeyi sabit olan ciddi dövlətlərdəndir. Eyni zamanda MDB çərçivəsində də əməkdaşlığın davam etdirilməsini məqbul sayıb, çünki bu formatda təmsil olunan əksər dövlətlərlə normal münasibətlər mövcuddur. Türk Dövlətlər Təşkilatında təmsil olunan qardaş ölkələrlə niyə daha bir əməkdaşlıq formatında olmayaq ki? Belorus prezidenti hər zaman Azərbaycana, dövlət başçımıza yüksək dəyər verən, onu dar günün dostu və Qafqazın Lideri adlandıran şəxsdir. Rusiya ilə də münasibətlərimizdə daim normal qonşuluq əlaqələrini davam etdirməyə çalışmışıq, hətta 2022-ci ilin fevralında iki dövlət başçısı arasında mühüm sənəd imzalanıb. Hətta Ermənistanla münasibətləri “0”-dan başlayaraq inkişaf etdirməyə başladığımız zaman MDB-dən birtərəfli qaydada imtina düzgün anlaşılmazdı. Onsuz da Azərbaycan dövlətinin və Liderinin nüfuzu hətta təmsil olunmadığı təşkilatlarda belə - məsələn, KTMT-də - onun üzvü olan, sonradan fəaliyyətini “donduran” Ermənistandan belə qat-qat üstün olub, bu barədə dəfələrlə deyilib, yazılıb. Bütün bunlar Prezidentin MDB-nin 2025-ci il toplantısına qatılmamasının daha ciddi səbəbinin olduğuna əminlik yaradır.
MDB-nin Sank-Peterburq qeyri-ixtiyari 2024-cü il dekabrın 25-də “J2-8243” nömrəli Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında qəddarlıqla vurulmasını yada salır. İdarəetməni itirmiş hava gəmisi qəhrəman pilotlarımızın fədakarlığı nəticəsində Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilmişdi, amma baş verən dəhşətli qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-si həlak olmuşdu. Hamımız sarsılmışdıq. O saatlarda xalq və dövlət olaraq bizim köməyimizə yetişən, qətiyyətli mövqeyi və dik duruşu ilə yenə də nümunə olan O oldu! Həmin saatlarda Prezident Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyə gedən dövlət başçısı elə havadaca, xəbəri alan kimi təyyarənin geriyə - Bakıya qayıtmasına göstəriş vermiş, Heydər Əliyev Beynəlxalq Hava Limanındaca müşavirə keçirmiş, həlak olanların ailə üzvlərinə........