Polşada "Ukrayna tikən” Ermənistan Qarabağın bər
Polşanın Qdansk şəhərində Ukraynanın bərpası üzrə beynəlxalq konfrans keçirilib. Siyasətçi, dövlət rəsmisi və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə Ukrayna ilə bağlı mühüm qərarların qəbul olunduğu bildirilir. Təki nəticəsi olsun, Ukrayna heyfdir. Amma Rusiyanın işğalı dayanmayıbsa, müharibə davam edirsə, bərpa qərarları nəyi dəyişəcək, demək çətindir...
Bu konfransa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qatılması isə təəccüb doğurdu. Çünki ən azı belə bir bərpa adı altında keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün ölkənin və ölkə rəsmisinin mənəvi haqqı olmalıdır. Azərbaycan torpaqlarını - Ukraynanın işğal altında olan əraziləri qədər hissəsini - 30 ildən artıq müddətdə işğal altında saxlamış, şəhər və kəndlərində vandalizm törətmiş, yeraltı və yerüstü sərvətlərini talamış, qonşu ölkəyə yüz milyardlarla zərər vurmuş Ermənistanın rəsmisinin təcavüzə məruz qalmış digər ölkənin bərpası ilə bağlı beynəlxalq tədbirə qatılması nonsensdir.
Düzdür, may ayında Avropa Siyasi Birliyinin sammiti çərçivəsində iştirak etmək üçün İrəvana səfər edən Volodimir Zelenski ilə Nikol Paşinyan arasında müəyyən razılaşmalar olmuşdu. Həmin danışıqların nəticəsində Zelenskinin Ermənistana Ukraynanın bərpa işlərində iştirakla bağlı təklif verdiyi barədə məlumatları erməni mediası tirajlamışdı. Amma gəlin görək, Ermənistanın bərpa prosesində iştirak etmək üçün haqqı, eyni zamanda maliyyə imkanları, gücü və potensialı varmı?
Əgər Ermənistan özündə bu potensialı görürsə, o halda ilk növbədə, Azərbaycan ərazilərinə vurulan yüz milyardlarla zərərə görə təzminat ödəməlidir. Düzdür, Vaşinqtonda əldə olunan razılaşmalara və paraflanmış sülh sənədinə görə hələlik qarşılıqlı qaydada məhkəmə iddialarından imtina olunmasına dair anlaşma mövcuddur. Azərbaycan öz tərəfindən bu anlaşmaya sadiqdir. Sülh sazişi hələ imzalanmasa da, Ermənistanın davamlı şəkildə bu və ya digər formada Azərbaycana qarşı qeyri-dost addımlarının şahidi oluruq. Bir müddət öncə, iyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsində 2016-cı ilin Aprel döyüşləri zamanı Talış kəndində öldürülən erməni işğalçısı ilə bağlı Azərbaycanın 104 min avro cərimələnməsi faktı həm də Ermənistanın gerçək mahiyyətini göstərir. Çünki iddiaçı Ermənistan vətəndaşı idi. Eyni zamanda Ermənistanın əsası var idi ki, artıq Azərbaycanla müəyyən razılaşmaların olduğunu əsas gətirərək, bu kimi məhkəmə iddialarından ya geri çəkilsin, ya da hansısa........
