Paşinyan sabahdan “güllə vurulur”, güllələr də a |
7 iyun parlament seçkilərinə sayılı günlər qaldığı ərəfədə Ermənistanda siyasi hərarət kifayət qədər yüksəlib. Nikol Paşinyanın rəqiblərinə qarşı od püskürməsi, hətta onların kökünü kəsəcəyi ilə hədələməsi proseslərin hər an nəzarətdən çıxa biləcəyi, hətta silahların işə düşəcəyi ehtimalından qaynaqlanır. Ermənistanın baş naziri küçədə sakinlərlə görüşərkən qarşısına çıxıb, onu tənqid edənləri söyür, həbs etdirir, ağlına və ağzına gələnləri deyir. Artıq əllərini çarpazlayıb, ənənəvi ürək şəkli göstərməyə zamanı və həvəsi qalmayıb. Heç zərb alətlərində ifaya da...Çox əsəbidir. Mayın ilk həftəsində Avropa İttifaqının Ermənistandakı sammitindən sonra sanki Kremlin Paşinyandan üzü dönüb və revanşist rəqiblərin boy göstərməsi də bundan sonra başladı. Deməli, rəqibləri Rusiyadan lazımi tapşırıqları alıblar və “son döyüş”ə başlayıblar. Əslində anlayırlar ki, Paşinyan növbəti dəfə qalib gəlsə, dediyini edəcək, fərariləri, cinayətkarları, onu yıxmağa çalışanları ən azı Ermənistandan qovacaq, yaxud da həbsxanada çürüdəcək. Robert Köçəryanın 1 mart 2008 cinayətlərindən tutmuş, Qarabağdakı talanlarına, Samvel Karapetyanın Rusiya FTX-sinin agenti olmasına qədər çoxsaylı faktlara malikdir Paşinyan, ona görə də rəqibləri onunla nəyin bahasına olursa-olsun haqq – hesab çürütməkdə qərarlıdır. Həm də aldıqları tapşırıq bunu tələb edir. Düzdür, Paşinyanı Qərb kəşfiyyatı qoruyur, hətta onu ittiham edən qarabağlı ermənini dərhal iki aylıq “dam”a basdılar ki, digərlərinə də “göz olsun”. Ancaq Ermənistanda nəyi bacarmasalar da, terroru, sui-qəsdi yaxşı bacarırlar. Odur ki, bircə güllə vəziyyəti dəyişə bilər, özü də təkcə kadastr sənədi olmayan, şərti sərhədli Ermənistanda yox...Bəzi “ssenari müəllifləri”nə də elə bu lazımdır. Zatən, onlar Azərbaycanla Ermənistan arasında belə sürətli şəkildə tarixi........