menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kremldən İrəvana “su müharibəsi” və ya “Sirkə nə

30 0
12.04.2026

Rusiyalı müstəntiqlər 65 yaşlı kişinin bir stəkan “Cermuk” mineral suyu içdikdən sonra ölümü ilə bağlı işi yenidən açıb. Bu barədə Lenta.ru-ya Rusiyanın Şimali Osetiya-Alaniya Respublikası üzrə İstintaq Komitəsi məlumat verib.

Söhbət Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsinin 2-ci hissəsi (“İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən xidmətlərin göstərilməsi”) ilə cinayət işindən gedir. Bildirilir ki, istintaq yeni aşkar edilmiş hallara görə 2026-cı ilin martında yenidən açılıb.

“2024-cü il fevralın 11-də zərərçəkmiş Vladiqafqazdakı pərakəndə satış məntəqəsindən aldığı “Cermuk” mineral suyunu içib. Bundan sonra özünü pis hiss edib və vəziyyəti pisləşib. O, xəstəxanaya yerləşdirilib, lakin həkimlər təcili tibbi yardıma baxmayaraq, onu xilas edə bilməyiblər”, - nəşr yazır.

Diqqətli oxucularımız yəqin xatırlayır, ötən il bu mövzuda yazmışdıq. Keçən ilin yanvarında məlumat yayıldı ki, “Cermuk” (Qərbi Azərbaycandakı İstisu - red.) mineral suyundan zəhərlənən vladiqafqazlı iş adamı Oleq Qusevin ailəsi içki istehsalçısına qarşı 1,5 milyard rubl iddia qaldırıb. O zaman da bu mövzuda Rusiyanın digər məşhur nəşri “Kommersant” yazmışdı. Bildirilirdi ki, 2024-cü ilin fevralında Vladiqafqaz sakini “Cermuk” mineral suyunu içdikdən sonra qida borusundan yanıq xəsarəti alıb və zərərçəkən daha sonra xəstəxanada dünyasını dəyişib.

Məsələnin müəmmalı tərəfi budur ki, butulkada mineral su əvəzinə... sirkə var olub. Ermənistanın ixracatında önəmli rol oynayan “Cermux”un su qablarının içərisinə sirkə hardan düşüb, kim onu Rusiyaya........

© Müsavat